Haqqında

Shell

Avropanın köklü mühərrik yağı istehsalçılarından olan Shell 1907-ci ildən etibarən fəaliyyət göstərir. Avropa standartlarına tam uyğun olan tərkibi ilə 1 əsrdən artıqdır bütün avropalıların istifadə elədiyi sürtkü yağıdır. 82.000 işçisi olan Shell gün ərzində 3.200.000 barel yağ məhsulları istehsal edir. Azərbaycanda rəsmi nümayəndəliyi RGgroup tərəfindən aparılır.

Meguin

Qiymət/Performans olaraq yerli və qlobal bazarda ən yaxşı sürtkü yağlarından olan Meguin yağları Avropa və Amerika sertifikatlarına sahibdir. Dünyada 60-dan çox ölkədə rəsmi nümayəndəliyi olan Meguin şirkətinin Azərbaycanda nümayəndəliyini RGgroup tərəfindən aparılır.

Benzol

Sürtkü yağ sektorunun öncülərindən sayılan Benzol şirkəti illərdir istifadəçilərinin məmnun qaldığı və tövsiyyə elədiyi şirkətdir. Rəsmi distributoru olduğumuz Benzol şirkətinin mühərrik yağlarını ölkənin fərqli məntəqələrindən ala bilər, şifariş edərək qapıya qədər çatıdırılma xidmətindən istifadə edə bilərsiniz. Korporativ əməkdaşlıq üçün qeyd olunan nömrəylə əlaqə saxlaya bilərsiniz.

German Gold

Gənc premium brend olan German Gold sürtkü yağları qısa müddət ərzində istifadəçilərdən əla geridönüşlər alaraq yoluna davam etmişdir. Hər il müştəri məmnuniyyətini diaqnoz edərək keyfiyyətə dəyər verən German Gold alman nişanının Azərbaycandakı Rəsmi Distributoru RGgroup şirkətidir. “Made in Germany” nişanını daşıyan German Gold şirkəti Amerika və Avropanın bütün vacib keyfiyyət testlərindən uğurla keçmiş və Dünya nəhəngi avtomobil şirkətlərindən “mühərrikə yararlıdır” təsdiq sertifikatını almışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir